
“Monako” yarımmüdafiəçi Pol Poqbanı transfer etməyə yaxındır.
Yeniavaz.com xəbər verir ki, insayder Fabrizio Romano sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.
Bildirilib ki, transferin son detalları razılaşdırılır. Futbolçu ilə iki illik müqavilə hazırlanır.
Xatırladaq ki, Poqbanın dopinqə görə 4 illik diskvalifikasiyası 18 aya endirilib. Belə ki, Fransa millisinin sabiq futbolçusu cəzasını mart ayında başa vurub. Mətbuatda yayılan xəbərlərə görə, “Monako”dan başqa, “Marsel” də Poqba ilə maraqlanır.