AZ

Poqba “Monako” transferinə yaxındır Romano

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

“Monako” yarımmüdafiəçi Pol Poqbanı transfer etməyə yaxındır.

Yeniavaz.com xəbər verir ki, insayder Fabrizio Romano sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.

Bildirilib ki, transferin son detalları razılaşdırılır. Futbolçu ilə iki illik müqavilə hazırlanır.

Xatırladaq ki, Poqbanın dopinqə görə 4 illik diskvalifikasiyası 18 aya endirilib. Belə ki, Fransa millisinin sabiq futbolçusu cəzasını mart ayında başa vurub. Mətbuatda yayılan xəbərlərə görə, “Monako”dan başqa, “Marsel” də Poqba ilə maraqlanır.

2023/2024 mövsümündə Poqba “Yuventus”un heyətində cəmi iki oyun keçirib, o vaxtdan fransalı rəsmi oyunlarda iştirak etməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
yeniavaz.com

2Mənbələr