AZ

"Mançester Yunayted" Moys Kinlə maraqlanır

"Fiorentina"nın hücumçusu Moys Kin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə,25 yaşlı forvardla "Mançester Yunayted" ciddi şəkildə maraqlanır. "Qırmızı şeytanlar" artıq italiyalının agenti ilə əlaqə saxlayıb.

Futbolçunun hazırkı müqaviləsində 1–15 iyul tarixləri arasında qüvvədə olacaq 52 milyon avroluq sərbəstqalma maddəsi mövcuddur.

Geridə qalan mövsümdə Kin "Fiorentina"nın heyətində 44 oyunda iştirak edib, 25 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" onun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Seçilən
26
90deqiqe.az

1Mənbələr