AZ

Yayda günvurma halları artır - XƏBƏRDARLIQ

Yay mövsümünün ən aktual probləmlərindən biri də günvurmadır. Xüsusilə birbaşa günəş altında uzun müddət qalan insanlar arasında bu vəziyyət daha çox müşahidə olunur.
 
Moderator.az xəbər verir ki, mütəxəssislər açıq havada işləyənlər, yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan şəxslərin günəş şüalarından qorunmasına xüsusi diqqət yetirilməli olduğunu bildirir.
 
Həkimlərin sözlərinə görə, günvurma zamanı aşağıdakı əlamətlərə diqqət etmək vacibdir:
 
Başgicəllənmə və halsızlıq
 
Quru və isti dəri
 
Bədən temperaturunun sürətlə yüksəlməsi
 
Ürəkbulanma və qusma
 
Şüur bulanıqlığı, bəzən huşun itməsi
 
Günvurma vəziyyəti vaxtında müdaxilə edilmədikdə ciddi nəticələrə – hətta ölümə belə səbəb ola bilər.
 
Necə qorunmalı?
 
Günorta saatlarında (12:00–16:00) birbaşa günəş altında qalmaqdan çəkinin
 
Bol su için, qəhvə və qazlı içkilərdən uzaq durun
 
Yüngül, açıq rəngli və nəfəs alan geyimlərə üstünlük verin
 
Çimərlikdə və ya açıq ərazidə olarkən papaq və gün eynəyi istifadə edin
 
Həkimlər qeyd edir ki, əgər günvurma şübhəsi varsa, şəxs dərhal kölgəyə və ya sərin yerə aparılmalı, başına və bədəninə sərin kompres qoyulmalı və təcili tibbi yardım çağırılmalıdır.
Seçilən
8
1
moderator.az

2Mənbələr