AZ

Bu tarixdə "Suraxanı" gəmi-muzeyinə giriş pulsuz olacaq

Bakı.Trend:

Dənizçi Günü münasibətilə 25 iyun tarixində "Suraxanı"gəmi-muzeyində "Açıq Qapı Günü" keçiriləcək!

Bu barədə Trend-ə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən(ASCO) məlumat verilib.

Bildirilib ki, həmin gün vətəndaşların muzeyə ödənişsiz girişimkanı olacaq.

Qeyd edək ki, Xarici vətəndaşlar üçün bilet (Bələdçixidməti daxil) 10 AZN, fərdi ziyarətçilər üçün bilet 5 AZN,tələbələr üçün bilet (tələbə bileti əsasında)2 AZN, məktəblilərüçün 2 AZN, ASCO-nun əməkdaşları və dənizçiləri, onların ailəüzvləri üçün giriş bileti (iş vəsiqəsi əsasında) 2 AZN-dir.

Giriş biletlərini ödənişsiz və növbəsiz almaq hüququ ,təsdiqedici sənədləri və (təsdiqləyici sənəddə fotoşəkil olmadıqda)şəxsiyyət vəsiqəsini təqdim edən aşağıda sadalanan kateqoriyadanolan ziyarətçilərə verilir:

Azərbaycanın Milli Qəhrəmanlarına, şəhid ailələrinə,Sovet İttifaqı Qəhrəmanlarına, Böyük Vətən müharibəsi, Əfqanıstanvə Qarabağ müharibələrinin iştirakçılarına, 20 Yanvar və Çernobılhadisələri əlillərinə, 1-ci və 2-ci qrup əlillər və onları müşayiətedən 1 nəfər şəxsə,veteran dənizçilərə

Seçilən
33
az.trend.az

1Mənbələr