AZ

İranı vuran Sığınacaq Ovçusu 36 saat sonra ABŞ a endi: Tramp təşəkkür etdi

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

Müharibəyə 10-cu gündə girən ABŞ B-2 ağır bombardmançı təyyarələri İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərini vurdu.Turkustan.az xəbər verir ki, dünyanı təşvişə salan əməliyyatla İranın nüvə proqramını məhv etdiyi iddia edilən "bunker qatili" B-2 gizli bombardmançı təyyarələri 36 saat havada gəzdikdən sonra ABŞ-ın Missuri ştatındakı Uaytman Hərbi Hava Qüvvələri bazasına enib.ABŞ prezidenti Donald Tramp Truth sosial media hesabından verdiyi açıqlamada İrana hava hücumunda iştirak edən B-2 bombardmançılarının Missuri ştatına salamat eniş etdiyi barədə məlumatı paylaşıb. ABŞ pilotlarına müraciət edən Tramp: “Yaxşı iş gördüyünüzə görə sizə təşəkkür edirəm” deyib.

Bildirilib ki, İranı vuran B-2 stels bombardmançı təyyarəsinin pilotları 36 saatlıq uçuş zamanı növbə ilə yatıblar. Kokpitdə tualet, qəlyanaltılar, mikrodalğalı soba və soyuducu olduğu öyrənilib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
icma.az

2Mənbələr