AZ

Yeni baş məşqçi ilə ilk məşqinə çıxdı – “Sabah”

“Sabah” Avstriya toplanışına start verib.

Msport.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında ilk məşqinə çıxıb.

Bakılılarda yeni transfer Akim Zedadka da kollektivə qoşulub.

Qeyd edək ki, “Sabah”ın Avstriya toplanışı iyulun 5-nə qədər davam edəcək. Komanda hazırlıq müddətində iyunun 29-da “Rapid” (Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) klubu ilə yoxlama oyunu keçirəcək.

Seçilən
13
msport.az

1Mənbələr