"İranın neft və qaz ehtiyatları və hasilatı ilə bağlı bir neçə maraqlı rəqəm İranın həm də neft və qaz ölkəsi kimi əhəmiyyətini əks etdirir. Belə ki, İranın neft ehtiyatları 157 milyard bareldir. Bu Yaxın Şərqdə neft ehtiyatlarının 24%, dünya neft ehtiyatlarının 12%-i deməkdir. İranın gündəlik neft hasilatı 3.3 milyon bareldir". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "İranın qaz ehtiyatları 34 trilyon kub metrdir ki, bu da dünya qaz rezervlərinin 17.8%-i deməkdir. İranın illik qaz hasilatı 275 milyard kub metrdir ki, bu da qlobal qaz istehlakının 6.5%-i deməkdir. Türkiyə qaz bazarı İran qazından ilbəil daha çox asılı vəziyyətə düşür. 2024-cü ildə Türkiyəyə qaz tədarükünü 30.32% artıran İran hazırda Türkiyənin qaz bazarının 13.56%-ni tutmaqdadır.
Neft bazarlarına şok effekti yaratmaq, ciddi təsir göstərmək baxımından İsrail-İran müharibəsinin ilk günləri həlledicidir və bu əsas şok effekti yarada biləcək faza geridə qaldı. Lakin, iqtisadi şoklara aid olan bu fikir hərbi cəhətdən bundan sonra daha böyük hadisələr olmayacaq demək deyil".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31