"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu uşaq siyasəti həyata keçirilir, onların hüquqlarının qorunması, iştirakçılıq imkanlarının artırılması və inkişafı üçün hərtərəfli şərait yaradılır. Dövlətin uşaq siyasətinin ruhuna uyğun olaraq biz də bu yolda əzmlə və məsuliyyətlə çalışmağa davam edəcəyik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri ilə çox maraqlı və faydalı bir görüş keçirdik. Görüş zamanı nümayəndələrin indiyə qədər gördüyü işlər və gələcək planları haqqında ətraflı müzakirələr apardıq. Onların təşəbbüskarlığı, bölgələrindəki uşaqları maraqlandıran məsələlərə yanaşma tərzləri təqdirəlayiq idi.Uşaq Səfirlər Məclisi bir layihə olaraq ölkəmizdə uşaqlara göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Səmimi və enerjili keçən bu görüş bir daha göstərdi ki, uşaqlar cəmiyyətin fəal üzvləridir və onların iştirakı ilə gələcək daha da sağlam və dayanıqlı olacaq. Bir sözlə, qarşıdakı fəaliyyətlər üçün motivasiya dolu bir başlanğıc oldu".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31