AZ

Masallıda Həftəsonu Ənənəsi: “Millət vəkili Məşhur Məmmədovun Yol Xəritəsi” » AzadMedia.az

Masallıda

Bakı, 22 iyun — Azadmedia.az

Masallı rayonu artıq illərdir ki, seçici və millət vəkili arasında səmimi və etibarlı münasibətlərin yaşandığı bir məkana çevrilib. Bu münasibətlərin mərkəzində dayanan isim isə şübhəsiz ki, Milli Məclisin deputatı Məşhur Məmmədovdur. Onun hər həftəsonu — xüsusilə ayın son həftələrində — ənənəyə çevrilmiş seçici qəbulları təkcə bir protokol tədbiri deyil, xalqla millətin vəkili arasında qurulmuş etimad körpüsünün bir parçasıdır.
Bəli, ənənəvi hal alan və vətəndaşlara açıq qapı şəraitində keçirilən seçici qəbulları, bu gün bölgənin sosial-siyasi həyatında mühüm yer tutur. Xüsusilə də, belə qəbulların həm də ayın son həftəsində planlı şəkildə həyata keçirilməsi, bölgə insanında inam və güvən hissini daha da möhkəmləndirir.

Millət vəkili Məşhur Məmmədovun fəaliyyəti bu mənada xüsusi qeyd olunmalıdır. Onun seçicilərinə göstərdiyi diqqət, hər bir vətəndaşı fərdi şəkildə dinləməsi, problem və müraciətləri operativ şəkildə aidiyyəti qurumlara yönləndirməsi – əsl millət vəkilinin, xalq təmsilçisinin davranış modelidir. Xüsusilə də şəhid ailələrinin və müharibə iştirakçılarının qayğılarına həssas yanaşması, cəmiyyətimizin mənəvi dəyərlərinə verilən önəmi nümayiş etdirir. Bu hal eyni zamanda, deputat fəaliyyətinin yalnız qanunvericiliklə deyil, humanist yanaşma ilə də müşayiət olunduğunu göstərir.

Sonuncu qəbulda da müşahidə olundu ki, Məşhur müəllim vətəndaşları sadəcə dinləmir, eyni zamanda onların problemi ilə yaşayır, dərdini öz dərdi kimi qəbul edir. Bu dəfə 20-dən artıq vətəndaşın iştirakı, o cümlədən 3 şəhid atasının və 1 müharibə iştirakçısının qəbulda olması bir daha sübut edir ki, Məşhur Məmmədovun görüşləri xalqın ən həssas təbəqələrinə açıqdır.

Unudulmamalıdır ki, səmərəli təmsilçilik yalnız qanunvericilik fəaliyyəti ilə deyil, eyni zamanda vətəndaşla birbaşa təmasda olmaqla da ölçülür. Bu baxımdan, Məşhur Məmmədovun fəaliyyəti regionda sosial dialoqun canlı və davamlı şəkildə qorunub saxlanılmasına xidmət edir.

Ən önəmlisi isə odur ki, bu cür görüşlər təkcə ayda bir dəfə deyil, hər həftəsonu planlı və ardıcıl şəkildə keçirilir. Bu isə bölgədə vətəndaş-məmur münasibətlərinə yeni bir mədəniyyət gətirir: şəffaflıq, əlçatanlıq və davamlı ünsiyyət.

Millət vəkili Məşhur Məmmədovun bu istiqamətdəki fəaliyyətini təqdir edir, onun timsalında dövlətin insan amilinə verdiyi dəyəri bir daha görürük.

Əminik ki, bu cür qəbullar və göstərilən sistemli yanaşma bölgə vətəndaşlarının rifahına və dövlətə olan inamına müsbət təsir etməyə davam edəcək.



Politoloq/Jurnalist Ülkər Piriyeva

Seçilən
6
1
azadmedia.az

2Mənbələr