AZ

Rusiya BMT də bu ölkələri ikiüzlü adlandırdı: Elə bil ki, vəziyyəti bu həddə çatdıran ABŞ və İsrail deyil”

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri endirdikdən sonra dialoqa hazır olduğunu bildirməsini “ikiüzlülük” adlandıraraq kəskin tənqid edib.

Redaktor.az xəbər verir ki, Nebenzya bu fikirləri BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı səsləndirib.

“Bu gün biz ABŞ nümayəndələrinin danışıqlara qayıtmağa hazır olduqlarına dair kinli bəyanatlarını bir daha eşidəcəyik – sanki ötən gecə İrana qarşı super güclü hərbi sursatlardan istifadə olunmayıb”, – deyə rusiyalı diplomat vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton bu yanaşma ilə İranı danışıqlar prosesində Yaxın Şərqdə sabitliyi pozan tərəf kimi təqdim etməyə çalışır.

Nebenzya ABŞ-nin İslam Respublikasının guya nüvə silahı əldə etməyə çalışdığına dair iddialarını da şübhə altına alıb: “Onlar Təhlükəsizlik Şurasını inandırmağa çalışırlar ki, İran nüvə silahı yaratmaq niyyətindədir. Ancaq bu iddialar inandırıcı deyil”.

O, bəzi ölkələrin, xüsusən də Böyük Britaniyanın mövqeyini də tənqid edib: “Böyük Britaniya nümayəndəsi səbəbsiz hücuma və nüvə obyektlərinin bombalanmasına məruz qalan İranı təmkinə çağırır. Elə bil ki, vəziyyəti bu həddə çatdıran İran yox, ABŞ və İsrail deyil”.

Nebenzya bəyan edib ki, “bu iclasda çoxlu riyakarlıq müşahidə olunub” və baş verənləri “absurd və sinizm teatrı” adlandırıb.

O, həmçinin qeyd edib ki, bu mövqe son günlərdə BMT-nin 2231 saylı qətnaməsinin ətrafında yaranan gərginliyi daha da alovlandırır və bəzi ölkələrin “heyrətamiz ikiüzlülüyünü” bir daha üzə çıxarır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
32
redaktor.az

10Mənbələr