AZ

Rusiya BMT-də ABŞ-nin İranla bağlı bəyanatlarını kəskin tənqid edib

Bakı. Trend:

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi VasiliNebenzya ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələriendirdikdən sonra dialoqa hazır olduğunu bildirməsini “ikiüzlülük”adlandıraraq kəskin tənqid edib.

Trend-inməlumatına görə, Nebenzya bu fikirləri BMT Təhlükəsizlik Şurasınıniclasında çıxışı zamanı səsləndirib.

“Bu gün biz ABŞ nümayəndələrinin danışıqlara qayıtmağa hazırolduqlarına dair kinli bəyanatlarını bir daha eşidəcəyik – sankiötən gecə İrana qarşı super güclü hərbi sursatlardan istifadəolunmayıb”, – deyə rusiyalı diplomat vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton bu yanaşma ilə İranı danışıqlarprosesində Yaxın Şərqdə sabitliyi pozan tərəf kimi təqdim etməyəçalışır.

Nebenzya ABŞ-nin İslam Respublikasının guya nüvə silahı əldəetməyə çalışdığına dair iddialarını da şübhə altına alıb: “OnlarTəhlükəsizlik Şurasını inandırmağa çalışırlar ki, İran nüvə silahıyaratmaq niyyətindədir. Ancaq bu iddialar inandırıcı deyil”.

O, bəzi ölkələrin, xüsusən də Böyük Britaniyanın mövqeyini dətənqid edib: “Böyük Britaniya nümayəndəsi səbəbsiz hücuma və nüvəobyektlərinin bombalanmasına məruz qalan İranı təmkinə çağırır. Eləbil ki, vəziyyəti bu həddə çatdıran İran yox, ABŞ və İsraildeyil”.

Nebenzya bəyan edib ki, “bu iclasda çoxlu riyakarlıq müşahidəolunub” və baş verənləri “absurd və sinizm teatrı” adlandırıb.

O, həmçinin qeyd edib ki, bu mövqe son günlərdə BMT-nin 2231saylı qətnaməsinin ətrafında yaranan gərginliyi daha daalovlandırır və bəzi ölkələrin “heyrətamiz ikiüzlülüyünü” bir dahaüzə çıxarır.

Seçilən
30
3
az.trend.az

10Mənbələr