Bakı. Trend:
Almaniyanın paytaxtı Berlində gənclər arasında keçirilən cüdoüzrə Avropa Kuboku yekunlaşıb.
Trend xəbər verirki, yarışın son günü milli komandamızın 4 üzvü fəxri kürsüyəqalxaraq medallar əldə edib.
-90 kq çəki dərəcəsində Azərbaycan finalı yaşanıb: Tuncay Şamilqızıl, Aslan Kotsoyev isə gümüş medala sahib olub.
-81 kq çəkidə Süleyman Şükürov və +100 kq çəkidə Ramazan Əhmədovbürünc medalları qazanıblar.
Ötən gün isə Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq),Əbil Yusubov (-73 kq) gümüş, Nizami İmranov (-66 kq) və MehdiCəfərov (-73 kq) isə bürünc medala layiq görülüblər.
Beləliklə, Azərbaycan yığması ümumilikdə 1 qızıl, 4 gümüş və 4bürünc medal qazanaraq 34 ölkə arasında medalların sayına görəkişilər arasında birinci, ümumi komanda hesabında isə üçüncü yeritutub.