AZ

FHN Qubadakı qəza ilə bağlı məluat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” markalı minik avtomobili ilə “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Opel” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Baxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə nəticəsində iki nəfər vəfat edib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Seçilən
17
14
metbuat.az

10Mənbələr