“İnter”in prezidenti Cüzeppe Marotta Hakan Çalhanoğlunun “Qalatasaray”a keçəcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, iddiaları təkzib edib:
“Bizə heç bir rəsmi təklif və ya sorğu daxil olmayıb. O, komandamızın futbolçusudur. Çalhanoğlu özünü hər zaman olduğu kimi nümunəvi şəkildə göstərir, o, yüksək səviyyəli peşəkardır”.