EN

Hakan Çalhanoğlu “Qalatasaray”a keçir? – Prezident açıqladı

“İnter”in prezidenti Cüzeppe Marotta Hakan Çalhanoğlunun “Qalatasaray”a keçəcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Publika.az xəbər verir ki, o, iddiaları təkzib edib:

“Bizə heç bir rəsmi təklif və ya sorğu daxil olmayıb. O, komandamızın futbolçusudur. Çalhanoğlu özünü hər zaman olduğu kimi nümunəvi şəkildə göstərir, o, yüksək səviyyəli peşəkardır”.

Chosen
8
publika.az

1Sources