AZ

ABŞ-nin hücumu nəticəsiz qaldı- Hücumdan əvvəl nüvə obyekti köçürülüb

Ajans.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Yüksək çinli iranlı məmur isə “Röyters”ə açıqlamasında deyib ki, Fordodakı yüksək zənginləşdirilmiş uranın çox hissəsi ABŞ-ın hücumundan əvvəl naməlum yerə aparılıb. İsrail mediasi peyk görüntüləri paylaşaraq yazır:  “Fordo nüvə obyektlərinin girişində nüvə aktivləri və avadanlıqlarının daşınması üçün istifadə edilən 15-dən çox yük maşını görünür. Bu görüntülər İranın ABŞ-ın gözlənilən hava hücumundan artıq xəbərdar olduğunu göstərir”. 

Buna əsasən, ehtimal olunur ki, ABŞ-ın zərbələrindən əvvəl Fordo obyektlərindən nələrsə başqa yerə daşınıb.

Seçilən
7
Ajans.az

1Mənbələr