Ajans.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Yüksək çinli iranlı məmur isə “Röyters”ə açıqlamasında deyib ki, Fordodakı yüksək zənginləşdirilmiş uranın çox hissəsi ABŞ-ın hücumundan əvvəl naməlum yerə aparılıb. İsrail mediasi peyk görüntüləri paylaşaraq yazır: “Fordo nüvə obyektlərinin girişində nüvə aktivləri və avadanlıqlarının daşınması üçün istifadə edilən 15-dən çox yük maşını görünür. Bu görüntülər İranın ABŞ-ın gözlənilən hava hücumundan artıq xəbərdar olduğunu göstərir”. Buna əsasən, ehtimal olunur ki, ABŞ-ın zərbələrindən əvvəl Fordo obyektlərindən nələrsə başqa yerə daşınıb.