AZ

BMT Baş katibi ABŞ ın İrana hucumundan narahatdır

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin İrana endirdiyi zərbələr regionda vəziyyətin təhlükəli gərginləşməsi deməkdir və dərin narahatlıq doğurur.

Bu barədə BMT-nin baş katibi Antonio Quterreş deyib.

“ABŞ-nin bu gün İrana qarşı güc tətbiq etməsi məni çox narahat edir. Bu, onsuzda gərgin vəziyyətdə olan regionda təhlükəli eskalasiyadır və beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir”, – deyə o qeyd edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
50
azpost.info

10Mənbələr