AZ

BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

BMT-nin baş katibi Antoniu Quterreş Rusiyanın Ukraynaya hücumlarını pisləyib və bu zərbələrin müvəqqəti işğal olunmuş Zaporojye Atom Elektrik Stansiyasında nüvə təhlükəsizliyini yenidən təhlükə altına aldığını bildirib.

"Report"un məlumatına görə, bunu baş katibin mətbuat katibi Stefan Düjarrik bildirib.

"Bu zərbələr Zaporojye Atom Elektrik Stansiyasının elektrik təchizatında fasilələrə səbəb oldu. Bu da nüvə təhlükəsizliyi üçün davamlı riskləri bir daha gündəmə gətirir", - bəyanatda deyilir.

Quterreş təhlükəli eskalasiya və mülki əhali arasında ölüm sayının artması ilə bağlı narahatlığını ifadə edib. O, mülki şəxslərə və kritik infrastruktura hücumların beynəlxalq hüquqla qadağan olunduğunu təkrarlayıb və dərhal, qeyd-şərtsiz atəşkəsə çağırıb.

Xatırladaq ki, iyulun 4-də Rusiya müvəqqəti işğal olunmuş Zaporojye Atom Elektrik Stansiyasını Ukraynanın vahid enerji sistemi ilə birləşdirən elektrik ötürücü xəttinə zərbə endirib. Bu da stansiyada elektrik kəsintisinə səbəb olub.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
27
cebheinfo.az

10Mənbələr