AZ

İsrail fövqəladə vəziyyət rejiminə keçdi

İsrail ordusunun arxa komandanlığı ABŞ-ın İrandakı nüvə obyektlərinə endirdiyi zərbələr fonunda əhali üçün məhdudiyyətləri təcili şəkildə gücləndirib.

Musavat.com xəbər verir ki, məlumatı Ordunun mətbuat xidməti yayıb.

Qərara əsasən İsrail ərazisində küçə toplantıları, bütün təhsil müəssisələrində dərslər və həyati əhəmiyyətli sənayelər istisna olmaqla, əksər müəssisələrin fəaliyyəti növbəti xəbərdarlığa qədər qadağandır.

Ordudan bildirilib ki, bu qərar yəhudi dövlətinin müdafiə naziri İsrael Katsın göstərişi ilə verilib və açıqlanan kimi qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
1
olaylar.az

10Mənbələr