AZ

Krespo sabiq klubuna qayıtdı

Ernan Krespo sabiq klubuna qayıdıb.

"Football-plus.az" xəbər verir ki, o, yenidən Braziliyada işləyəcək.

Argentina yığmasının sabiq hücumçusu A seriyası təmsilçisi “San Paulu” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 49 yaşlı mütəxəssislə müddəti 2026-cı ilin dekabrına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, Krespo “San Paulu”nu 2021-ci ildə də çalışdırıb. Komanda onun rəhbərliyi altında San Paulu ştatının çempionluğunu qazanıb.

Seçilən
22
1
football-plus.az

2Mənbələr