AZ

ABŞ İrana hücum etdi 3 strateji nüvə obyekti vuruldu

ain.az, Bakupost saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İranın 3 strateji nüvə obyektinə qarşı hərbi hava əməliyyatı keçirdiklərini elan edib.

Bu barədə onun sosial şəbəkə hesabında yayımlanan bəyanatda bildirilib.

“Biz İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinə qarşı çox uğurlu hücum həyata keçirdik. Bütün təyyarələrimiz hazırda İranın hava məkanından kənardadır. Əsas hədəf olan Fordo obyektinə tam həcmdə bomba atılıb. Təbrik edirəm – bizim böyük amerikalı əsgərlərimiz bunu bacardı! Dünyada bu əməliyyatı edə biləcək başqa heç bir ordu yoxdur. İNDİ SÜLH ZAMANI GƏLDİ!” – deyə Tramp qeyd edib.

İrana 13 tonluq “bunker-buster” bombalarla hücum

Hərbi mənbələr bildirir ki, ABŞ ordusu əməliyyatda “GBU-57” tipli bunker-buster bombalarından istifadə edib. Bu bombalar yerin 60 metr dərinliyindəki möhkəmləndirilmiş obyektləri belə dağıtmaq gücünə malikdir. Fordo, Natanz və İsfahan kimi İranın nüvə proqramının əsas mərkəzlərinin hədəf alınması regionda böyük gərginlik yaradıb.

Axios: Trampın qərarı Yaxın Şərqdə tarixi eskalasiyadır

Mövzuya münasibət bildirən Axios nəşri Trampın bu addımını “Yaxın Şərqdə tarixi eskalasiya” kimi qiymətləndirib:

“Trampın İranın nüvə proqramını ləğv etmək üçün İsrailə birbaşa müdaxilə qərarı regionda yeni bir müharibə mərhələsinin başlanğıcıdır.”

Tramp xalqa müraciətə hazırlaşır – NYT

The New York Times (NYT) isə yazır ki, Trampın bu gecə xalqa telemüraciətlə çıxış etməsi gözlənilir. Bu çıxışda həm əməliyyatın əhəmiyyəti, həm də ABŞ-ın növbəti addımları barədə ictimaiyyətə izahat veriləcək.

ABŞ vitse-prezidentindən sərt açıqlama: “İsrail bizi müharibəyə sürükləyir”

Digər tərəfdən, ABŞ vitse-prezidenti Cey Di Vens Trampın qərarına qarşı çıxdığını gizlətməyib. Reuters-in məlumatına görə, İsrail və ABŞ rəhbərləri arasında iyunun 20-də baş tutan telefon danışığında Vens açıq şəkildə bildirib:

“İsrail bizi İrana qarşı müharibəyə sürükləyir.”

İsrail tərəfi isə Tehran yaxınlığındakı Fordo nüvə obyektinin dərhal vurulmasının vacibliyini vurğulayıb və Trampın qərarını gözləmədən Vaşinqtonu birbaşa hərbi toqquşmaya cəlb etməyə çalışıb.

Ağ Ev şərh verməkdən imtina etdi

Bütün bu gərgin proseslər fonunda Ağ Ev hələlik rəsmi şərh verməkdən imtina edir. Lakin artıq B-2 bombardmançılarının Guam bazasına göndərildiyi, Tramp administrasiyasının isə bölgədə tammiqyaslı eskalasiyaya hazır olduğu məlumdur.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
50
www.bakupost.az

10Mənbələr