İran Fordo nüvə obyektinin hava hücumuna məruz qaldığını təsdiqləyib.
“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə Qum ostanının administrasiyası məlumat yayıb.
“Bir neçə saat əvvəl, Qum HHM sisteminin aktivləşdirilməsindən və düşmən hədəflərin aşkarlanmasından sonra, Fordo nüvə obyektinin ərazisinin bir hissəsi düşmən tərəfindən hava hücumuna məruz qalıb”, – məlumatda diqqətə çatdırılıb.