AZ

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Liverpul” artıq bir neçə həftədi reallaşdırmağa çalışdığı transferləri rəsmiləşdirmək üzrədi. "Football-plus.az" xəbər verir ki, İngiltərə klubuna tezliklə iki yeni futbolçu qoşulacaq.“Qırmızılar” artıq “Bayer-04”ün futbolçusu Florian Virtsin transferini başa vurub. Tanınmış insayder Fabritsio Romanonun yaydığı xəbərə görə, almaniyalı yarımmüdafiəçi artıq Liverpula gedərək tibbi müayinədən keçib.Klubun futbolçunun transferini tezliklə rəsmən açıqlayacağı gözlənilir. 22 yaşlı Florian ilə müddəti 2030-cu ilin yayına qədər razılaşdırılan müqavilə imzalanacağı bildirilir. Bəzi mənbələr bu transferin “Liverpul”un tarixinə ən bahalı keçid kimi düşəcəyini ehtimal edir.Virts “Bayer-04”də 2020-ci ildən çıxış edir. O, son mövsümdə bütün turnirlərdə 43 oyuna çıxaraq 16 qol vurub və 15 qolun ötürməsini verib.Yeri gəlmişkən, “Liverpul”un “Bornmut”un futbolçusu Miloş Kerkezi transfer etməsi ilə bağlı detallar məlum olub. “The Athletic”in jurnalisti Devid Ornşteynin məlumatına görə, İngiltərənin son çempionu 21 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon funt sterlinq (46,8 milyon avro) ödəyəcək. Hazırda transferin rəsmiləşdirilməsi prosesi davam edir. Kerkez gələn həftə tibbi müayinədən keçəcək və bu planda ciddi problem ortaya çıxmasa, “Liverpul”la 5 illik müqavilə imzalayacaq.Miloşun “Bornmut”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi. O, son mövsümdə komandada 41 oyuna çıxaraq 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
icma.az

2Mənbələr