AZ

ABŞ öz hərbi təyyarələrini Yaxın Şərqdəki bazalardan çıxarır

“Planet Labs” peykləri ABŞ-ın Yaxın Şərqdəki mühüm strateji obyekti olan Qətərdəki Əl-Udeyd aviabazasından onlarla ABŞ hərbi təyyarəsinin qəfil yoxa çıxmasını görüntüləyib.

İyunun 5-ə aid kadrlara əsasən uçuş-enmə zolağında 40-a yaxın müxtəlif tipli döyüş təyyarəsi olub. “Business Insider” xəbər verir ki, iyunun 20-də çəkilmiş daha yeni bir görüntüdə yalnız üç təyyarə yerdə qalıb.

Təhlilçilər hesab edirlər ki, təyyarələrin kütləvi şəkildə götürülməsi İsrail və Tehran arasındakı münaqişəyə müdaxilə edəcəyi təqdirdə ABŞ-ı açıq şəkildə hədələyən İrandan artan təhlükəyə cavab olaraq qabaqlayıcı tədbir ola bilər. “Əl Udeid” aviabazası Fars körfəzi yaxınlığında yerləşir və eskalasiya zamanı potensial əsas hədəf olaraq qalır.

Məlum olduğu kimi, İsrail qüvvələrinin keçən həftə İran ərazisinə, o cümlədən nüvə obyektlərinə, hərbi bazalara, hava hücumundan müdafiə sistemlərinə və elmi müəssisələrə silsilə irimiqyaslı hava hücumları təşkil etməsindən sonra gərginlik artıb. İran bir sıra raket hücumları ilə cavab verir və ölkə lideri ABŞ-a İsrailə dəstək verəcəyi təqdirdə “ciddi nəticələrlə” bağlı xəbərdarlıq edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
114
50
editor.az

10Mənbələr