AZ

Cəlilabad rayonunda ölümlə nəticələnən qəza baş verib

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
5
apa.az

10Mənbələr