AZ

Cəlilabadda ağır qəza, bir nəfər öldü


Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az bildirir ki, Lent.az-ın verdiyi xəbərə görə hadisə Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
6
news24.az

10Mənbələr