AZ

Cəlilabadda yol qəzası ölümlə nəticələndi - FOTO

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqrafın cənubbürosunun məlumatına görə, qəza Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı minik avtomobili ilə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə “VAZ”ın sərnişini, Göytəpə şəhər sakini – 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
18
6
teleqraf.com

9Mənbələr