AZ

Sabiq icra başçısının oğlunu öldürən şəxsə cəza verilib

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Füzuli rayonunda ferma sahibini öldürməkdə təqsirləndirilən Anar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Reyting.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib. Təqsirləndirlən Anar Mahmudov şəxsi münasibət zəminində çoban işlədiyi fermanın sahibi Yaşar İbişovu qətlə yetirib. Yaşar İbişovun meyiti hadisədən bir müddət sonra tapılıb.Yaşar İbişovun Füzuli rayonunun sabiq icra başçısı Kazım İbişovun oğludur.Anar Mahmudova Cinayət Məcəlləsinin 120.1.-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.(APA)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
7
reyting.az

8Mənbələr