AZ

Altı universitetimizin TOP1000-ə daxil olması əlamətdar hadisədir – Deputat

Bakı. Trend:

Azərbaycan təhsil sistemində tarixə düşəcək əlamətdar hadisə başverib. İlk dəfə olaraq ölkəmizin 6 universiteti dünyanın ən nüfuzluali təhsil müəssisələri sırasında – TOP1000 ən yaxşı universitetsiyahısına daxil edilib. Bu, Azərbaycanın elm, təhsil və innovasiyasahəsində atdığı uğurlu addımların, dövlət siyasətinin vəuniversitetlərin son illərdə göstərdiyi səylərin barizgöstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənovadeyib.

Deputat xatırladıb ki, ilk dəfə olaraq Azərbaycan TexnikiUniversiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) vəXəzər Universiteti (951-1000) “QS 2026 dünyanın ən yaxşıuniversitetlərinin reytinqi”ndə TOP 1000-də yer alır:

“Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001-1200),Sumqayıt Dövlət Universiteti (1001-1200) və ADA Universiteti(1201-1400 ) də sözügedən qlobal reytinqə ilk dəfə daxil olub. Buuniversitetlərin reytinqdə yer alması təkcə onların tədris vətədqiqat keyfiyyətinin deyil, həm də beynəlxalq əlaqələrinin, elminailiyyətlərinin, məzunların məşğulluq imkanlarının və rəqəmsaltransformasiya göstəricilərinin yüksək səviyyədə olduğunu sübutedir”.

Deputat bildirib ki, Azərbaycanın 6 universitetinin dünyanınaparıcı universitetləri sırasında yer alması, təkcə statistik uğurdeyil:

“Bu, Azərbaycan ali təhsil sisteminin beynəlxalq səviyyəyəçıxması, təhsildə keyfiyyətin artması və gənc nəslin daha güclügələcək qurması üçün yeni bir mərhələnin başlanğıcıdır.
Bu nailiyyət bir ilkdir və eyni zamanda daha böyük hədəflərə aparanyolun başlanğıcıdır. Qarşıda duran vəzifə isə bu mövqeyi qorumaqlayanaşı, Azərbaycan universitetlərini TOP 500 və daha yuxarısıralamalara daşımaqdır”.

Deputatın fikrincə, bu uğur Azərbaycanın təhsil sahəsində yeniimkanlar açır: “Bu hadisə Azərbaycan universitetlərini xaricitələbələr üçün daha da cəlbedici edəcək, dünya universitetləri iləelmi və tədris sahəsində əməkdaşlıqlar genişlənəcək”.

A.Həsənova qeyd edib ki, son illərdə Azərbaycanda təhsilsisteminin inkişafına xüsusi diqqət ayrılır:

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriləntəhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq standartlarauyğunlaşdırma, müasir texnologiyaların tətbiqi, təhsilmüəssisələrinin beynəlmiləlləşdirilməsi siyasətləri bu uğurunbünövrəsini qoyub.

Əlavə olaraq, Azərbaycan Respublikasının 2022–2026-cı illər üçünsosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində ali təhsilsahəsinə yönələn sərmayələr, kadr hazırlığının təkmilləşdirilməsivə beynəlxalq akkreditasiya meyarlarına cavab vermə istiqamətindəgörülən tədbirlər müsbət nəticələrini verir”.

Deputat əlavə edib ki, Azərbaycan Təhsil Nazirliyinin bunailiyyətdə rolu danılmazdır:

“Nazirlik son illərdə ali təhsil müəssisələrinin beynəlxalqreytinqlərdə iştirakını təşviq etmiş, universitetlərin daxiliidarəetmə modellərinin müasirləşdirilməsi, elmi-tədqiqatpotensialının artırılması, rəqəmsallaşma və innovasiyalarıntətbiqi, eləcə də beynəlxalq akkreditasiya proseslərinə dəstəkistiqamətində mühüm addımlar atıb. Nazirlik tərəfindən həyatakeçirilən “Ali təhsilin inkişafı üzrə Dövlət Proqramı”,universitetlər üçün bir yol xəritəsi rolunu oynayıb və bunəticələrin əldə olunmasına mühüm təkan verib”.

Qeyd edək ki, ümumilikdə reytinqə 9 Azərbaycan universiteti yeralır. 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətlidərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedənqlobal reytinqə daxil olub.

Məqalədə:
Seçilən
4
az.trend.az

4Mənbələr