AZ

Bunkerdə gizlənən Xamenei varislərini elan etdi: Üç namizədin adını çəkib

Bunkerdə olan İranın ali dini lideri Əli Xamenei öldürüləcəyi təqdirdə potensial varislərinin adını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən yazıb.

"Bunkerdə gizlənən Ayətullah Xamenei, köməkçilərinin sıradan çıxarılacağı təqdirdə, hərbi komandanlıq zəncirində olan bir neçə şəxsi onların varisi elan edib.

O, özünün öldürüləcəyi təqdirdə varisi ola biləcək üç yüksək səviyyəli din xadiminin adını çəkib", - adının açıqlanmasını istəməyən üç İran rəsmisi nəşrə deyib.

Mənbələr bildiriblər ki, İranın ali lideri sui-qəsd cəhdindən qorxaraq, indi əsasən komandirləri ilə etibarlı köməkçisi vasitəsilə əlaqə saxlayır və onu “tapmağı çətinləşdirmək” üçün elektron rabitəni dayandırıb.

Seçilən
12
3
publika.az

10Mənbələr