AZ

İsrail İranın elit qüvvələrinə zərbələr endirdi

Ajans.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. “İsrailin təcavüzü nəticəsində bu gün səhər saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun 5 üzvü Lüristan əyalətinin Xorramabad şəhərində şəhid olub. Onlar Səccad Madhani, Həmid Ağai, Səməd Lorestani, Abbas Şərafi və Əlirza Sabzipurdur", - deyə agentlik məlumat yayıb. Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançılarının Missuri ştatındakı bazadan havaya qalxdığı məlum olub. Qeyd olunur ki, məhz bunlar İranın Fordo nüvə obyektinə zərbə endirmək üçün lazım olan təyyarələrdir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
16
36
Ajans.az

10Mənbələr