AZ

Universitetlərimizin reytinqdə irəliləməsinin arxasında real islahatlar dayanır

“Reytinq keyfiyyət deyil, reytinq məzunun iş tapmasıdır. Universitet tələbəsini bir sahibkar kimi yetişdirirsə, bu onun real keyfiyyət göstəricisidir”.

 

Bu fikirləri ali təhsil üzrə ekspert Vüsal Kərimli AzEdu.az-ın “TəhsilSİZ” verilişində qonaq olarkən səsləndirib.

 

Ekspert bildirib ki, hazırda Azərbaycanın 9 universiteti beynəlxalq reytinqlərdə yer alır, onlardan 4-ü artıq top-700 sırasında qərarlaşıb:

 

"Bu uğur təkcə müəllimlərin dərs keçməsi ilə deyil, universitetlərdə aparılan sistemli islahatlar və beynəlxalq göstəricilərə uyğun fəaliyyətlə bağlıdır. Həmçinin yüksək impakt faktorlu jurnallarda məqalə dərc etdirmək, elmi-tədqiqat institutlarının formalaşması, iş dünyası ilə əlaqələrin qurulması və məzunların əmək bazarına uyğun yetişdirilməsi reytinqdəki irəliləyişin əsas səbəbləridir".

Seçilən
3
azedu.az

1Mənbələr