“Reytinq keyfiyyət deyil, reytinq məzunun iş tapmasıdır. Universitet tələbəsini bir sahibkar kimi yetişdirirsə, bu onun real keyfiyyət göstəricisidir”.
Bu fikirləri ali təhsil üzrə ekspert Vüsal Kərimli AzEdu.az-ın “TəhsilSİZ” verilişində qonaq olarkən səsləndirib.
Ekspert bildirib ki, hazırda Azərbaycanın 9 universiteti beynəlxalq reytinqlərdə yer alır, onlardan 4-ü artıq top-700 sırasında qərarlaşıb:
"Bu uğur təkcə müəllimlərin dərs keçməsi ilə deyil, universitetlərdə aparılan sistemli islahatlar və beynəlxalq göstəricilərə uyğun fəaliyyətlə bağlıdır. Həmçinin yüksək impakt faktorlu jurnallarda məqalə dərc etdirmək, elmi-tədqiqat institutlarının formalaşması, iş dünyası ilə əlaqələrin qurulması və məzunların əmək bazarına uyğun yetişdirilməsi reytinqdəki irəliləyişin əsas səbəbləridir".