Bakıda avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, Turan Abdullayev idarə etdiyi "Changan" markalı avtomobillə hərəkətdə olarkən piyada 1981-ci il təvəllüdlü Namiq Süleymanovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Leqal.info