AZ

Milli Paralimpiya Komitəsi beynəlxalq simpoziumda təmsil olunub

İrlandiyanın Kerri şəhərində 25-ci Beynəlxalq Uyğunlaşdırılmış Fiziki Fəaliyyət Simpoziumu (ISAPA 2025) keçirilib.

“İki sahil” xəbər verir ki,  Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 20 ölkədən 500 nəfərdən çox iştirakçının qatıldığı simpoziumda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsini (ARMPK) Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım və mətbuat katibi Fərid Qarazadə təmsil edib.

Adaptiv fiziki fəaliyyət və inklüziv bədən tərbiyəsi sahəsində ən nüfuzlu tədbir hesab olunan simpoziumda Əşrəf Qasım tərəfindən ARMPK-nın təqdimatı olub. Təqdimatda komitənin ümumi fəaliyyəti və görülən işlər barədə məlumat verilib. Həmçinin Çin, Kanada, İrlandiya, Bəhreyn Krallığı və Cənubi Koreya paralimpiya komitələrinin rəhbərliyi ilə görüşlər keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, iki ildən bir keçirilən simpozium UNESKO-nun dəstəyi ilə təşkil edilir, onun beynəlxalq əməkdaşlığa və inklüziv idmana sadiqliyini vurğulayır.

Simpoziumun keçirilmə məqsədi adaptiv fiziki fəaliyyət təcrübələrinin inkişafını təşviq etmək, bu sahədə fəaliyyət göstərən qurumların və elm adamlarının bilik mübadiləsini təmin etməkdir.

Seçilən
9
1
ikisahil.az

2Mənbələr