AZ

Tramp İranla münaqişədə son qərarı özü verəcək – Vensdən açıqlama

BAKI,TurkicWorld

ABŞ Prezidenti Donald Tramp İranla mövcud gərginliyi əvvəlcə diplomatik yollarla həll etməyə çalışacaq, lakin bu üsullar nəticə verməzsə, İranın nüvə proqramına son qoymaq üçün hərbi addımlar da istisna olunmur.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens bildirib.

“Tramp dəfələrlə bəyan edib ki, İranla bağlı münaqişənin həllində diplomatiyaya üstünlük verəcək. Lakin əgər diplomatik üsullar tükənərsə və əlavə danışıqlar nəticə verməzsə, o, İranın nüvə proqramını dayandırmaq üçün lazım olan bütün addımları atacaq” – deyə Vens vurğulayıb.

Vitse-prezidentin sözlərinə görə, ABŞ-ın İranla münaqişəyə birbaşa hərbi şəkildə cəlb olunması barədə yekun qərarı Prezident Tramp özü verəcək.

“Artıq qərar vermək üçün son mərhələyə yaxınlaşırıq,” – deyən Vens əlavə edib ki, Tramp diplomatiyaya “bir qədər daha vaxt vermək” və bu prosesin nəticə verib-verməyəcəyini görmək niyyətindədir.

Seçilən
14
7
turkic.world

10Mənbələr