Bu gün Bakıda keçiriləcək UFC Fight Night yarışı ilə əlaqədar Bakı Metropolitenin iş rejimi dəyişdiriləcək.
7Times.az xəbər verir, metro stansiyasıyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə stansiyalarda 2 saat uzadılacaq.
Məlumatı Bakı Metropoliteninin mətbuat xidməti yayıb.
Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 02:00-dək açıq saxlanılacaq.
Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün UFC Fight Night-ın təşkil olunduğu “Baku Kristal Hall”a daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.
Qeyd edək ki, yarış zamanı 12 döyüş keçiriləcək. Əsas kartın görüşləri saat 23-də start götürəcək.
Azərbaycan idmançıları Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev məhz əsas kartda mübarizə aparacaqlar.