AZ

Tramp NATO ölkələrini hərbi xərcləri artırmağa çağırıb

ABŞ prezidenti Donald Tramp deyib ki, ABŞ hərbi xərcləri artırmaya bilər, lakin digər NATO ölkələri bunu etməlidir.

Editor.az xəbər verir ki, Trampın sözlərinə görə, NATO ölkələri hərbi xərcləri ÜDM-in 5 faizinə qədər artırmalıdır.

“Biz uzun müddətdir ki, NATO-ya dəstək veririk, bir çox hallarda mən hesab edirəm ki, xərclərin 100%-ni ödəmişik. Ona görə də mən bunu etməli olduğumuzu düşünmürəm. Amma NATO ölkələri bunu mütləq etməlidir”, – Amerika prezidenti paylaşıb.

O, Kanada və İspaniyanın ÜDM-in 5 faizini hərbi ehtiyaclara ayırmaqdan imtina etməsini tənqid edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr