AZ

Maykl Ceksonun ölümünün əsl səbəbini açıqlandı

Maykl Ceksonun keçmiş vəkili pop kralının ölümünün əsl səbəbini bildiyini açıqlayıb. Brayan Oksman iddia edib ki, ifaçını cinsi zorakılıq işi üzrə aparılan məhkəmə istintaqı "öldürüb".

Yenisabah.az xəbər verir ki, hüquq müdafiəçisi bu barədə "Radar Online"a verdiyi açıqlamada danışıb.

Sənədlərə əsasən, Ceksonun ölümünə səbəb güclü yuxu dərmanının həddindən artıq qəbulu nəticəsində baş verən ürək dayanması olub.

Pop kralı ölümündən dörd il əvvəl "Neverland" rançosunda 13 yaşlı Qevin Arvizoya qarşı cinsi zorakılıqda ittiham edilmişdi. Məhkəmə tərəfindən təqsirsiz elan edilsə də, bu qalmaqal onun həyatında dərin izlər buraxıb.

"Maykl gecələr dəfələrlə zəng edirdi. Soruşurdu: "Niyə? Mən onlara qarşı çox yaxşı davranırdım, onlar isə bu yalanı uydururlar". O, ölənə qədər bu suala cavab tapa bilmədi", - deyə Oksman bildirib.

2005-ci ildə keçirilmiş sorğuya əsasən, ABŞ sakinlərinin 80 faizi Ceksonun təqsirli olduğuna inanırdı. Vəkilin sözlərinə görə, bu münasibət və ictimai qınaq Ceksonu emosional cəhətdən sarsıdıb və tamamilə dəyişib.

Vəkilin sözlərinə görə, müğənni deyirdi ki, əgər onu həbsxanaya salsalar, sağ qalmaz, çünki belə ittihamlarla məhkum edilənlərə qarşı münasibət çox amansız olur.

Aydan Hacıbalazadə


Telegram kanalımız
Seçilən
11
7
yenisabah.az

8Mənbələr