AZ

Azərbaycan neftinin qiyməti 80 dollara düşdü

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 2,71 % azalaraq 80,34 ABŞ dolları təşkil edib.

Yenisabah.az xəbər verir ki, Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,24 ABŞ dolları və ya 2,76 % azalaraq 78,96 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


Telegram kanalımız
Seçilən
7
49
yenisabah.az

10Mənbələr