AZ

50 rusiyalı turist Misirdən uça bilməyib

50-dən çox rusiyalı turist Misirin Şarm əl-Şeyx kurort şəhərindən üçüncü gündür ki, uça bilmir..

Poliqon xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

"İnsanlar hava limanına gətirilir, reysləri ləğv edilir və otelə qaytarılır. Turoperator və aviaşirkət heç bir səbəb göstərmir", nəşr yazıb.

Əvvəlcə Misirin “AlMasria Universal Airlines” aviaşirkəti reysin vaxtını dəyişdirsə də, sonradan onu ləğv edib. Uçuş gözləyən turistlər arasında azyaşlı uşaqlı ailələr də var, deyə qeyd edilir. 

Səyahətçilər artıq Federal Hava Nəqliyyatı Agentliyi və Rusiya konsulluğu ilə əlaqə saxlayıblar.

Poliqon.info 

Seçilən
32
poliqon.info

1Mənbələr