AZ

“Qarabağ”dan aldıqları hücumçunu dünya çempionatına niyə aparıblar? - VİDEO

Klublararası dünya çempionatının D qrupunda 2-ci turun ilk oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, sabiq “Qarabağ”lı Juninyonun da heyətində yer aldığı Braziliya “Flamenqo”su “Çelsi”yə 3:1 hesabı ilə məğlub edib.

“Qarabağ”ın keçmiş hücumçusunun adı oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.

Qrupda keçirdiyi hər iki matçda qələbə qazanan “Flamenqo” 6 xalla liderdir. İki oyuna 3 xalı olan “Çelsi” 2-ci pillədə qərarlaşıb.

Qrupda keçirilən ilk turda uduzan “Los-Anceles” (ABŞ) və "Esperans" (Tunis) hələlik xal qazana bilməyiblər.

Bu komandalar arasında oyun iyunun 21-nə keçən gecə Bakı vaxtı ilə saat 02:00-də başlayacaq.

Seçilən
26
sportinfo.az

1Mənbələr