İranın şimalında 5,1 bal gücündə zəlzələ olub.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 124 min nəfər əhalisi olan Semnan şəhərindən 36 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.