İsrailin müdafiə naziri İsrael Katz orduya İranın siyasi rejiminin sabitliyini pozmaq üçün İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə və digər hərbi infrastruktura hücumları gücləndirməyi əmr edib.
Onun sözlərinə görə, zərbələr əsas məqsədlərə, o cümlədən İslam Respublikasının nüvə proqramının məhvinə nail olunana qədər davam etməlidir.
İsrail Katz İDF-nin yüksək rütbəli rəsmiləri ilə görüşdə deyib: “Biz Bəsic və rejimin sütunları, xüsusən də İİKK kimi hökumətin bütün simvollarını və əhaliyə qarşı repressiya mexanizmlərini vurmalı və rejimin sabitliyini pozmaq üçün əhalinin Tehrandan geniş miqyaslı təxliyəsini həyata keçirməliyik. İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail ordusu “Şir kimi millət” əməliyyatı çərçivəsində İranın nüvə proqramını məhv etmək, onu ballistik raketlər istehsal etmək imkanından məhrum etmək, regionda İranyönlü hərbi və siyasi qüvvələri məhv etmək istəyir.
O, etiraf edib ki, əməliyyat İslam Respublikasında hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər. Bir gün əvvəl İsrail Katz İranın ali dini lideri Əli Xamneyini məhv etməklə hədələmişdi.
//Samir Qurbanov, Editor.az