AZ

"Aris" hücumçu aldı

“Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni oyunçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.

Saloniki təmsilçisi 28 yaşlı hücumçu Tasos Donislə 2 illik müqavilə imzalayıb. O, həmçinin Yunanıstan millisinin üzvüdür.

Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin görüşləri iyulun 24-də və 31-də keçiriləcək. “Araz-Naxçıvan” ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.

Seçilən
15
1
football-plus.az

2Mənbələr