AZ

Putin: "Bütün Ukrayna bizimdir"

Rusiya Prezidenti Vladimir Putin rusiyalı və ukraynalıları bir xalq hesab edir...

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclası zamanı danışıb.

"Mən artıq dəfələrlə demişəm ki, mən rus və Ukrayna xalqını əslində bir xalq hesab edirəm. Bu mənada bütün Ukrayna bizimdir", - Putin bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, Moskva heç vaxt Ukrayna xalqının müstəqillik və suverenlik hüququnu şübhə altına almayıb. Lakin Ukraynanın müstəqilliyi və suverenliyi onun bitərəf və bloklara qoşulmayan dövlət olmasını nəzərdə tutan bəyannaməyə əsaslanır.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr