Bakı. Trend:
"Qarabağ" FK yeni mövsüm üçün transfer çalışmalarını davametdirir. Klub Portuqaliyanın “Alverka” komandası ilə aparılandanışıqları uğurla yekunlaşdıraraq braziliyalı yarımmüdafiəçi PedroBikalyo ilə müqavilə imzalayıb.
Trend xəbər verir ki, 24 yaşlı futbolçu ilə 3+1 illik müqaviləbağlanıb. Bikalyo Ağdam təmsilçisində 35 nömrəli forma ilə çıxışedəcək.
Peşəkar karyerasına 2020-ci ildə Braziliyanın “Kruzeyro”klubunda başlayan yarımmüdafiəçi, bir il sonra “Palmeyras”atransfer olunub və 2021-ci ildə bu klubla Libertadores kubokunuqazanıb.
Pedro Bikalyo daha sonra icarə əsasında Braziliyanın “Vitoriya”,eləcə də Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarındaçıxış edib.