Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub...
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Zəka Amid oğlu Qasımovun meyiti suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Poliqon.info